Sosial Media Marketing

Sky Garden - Shape Image
Sky Garden - Shape Image
Sky Garden - Shape Image

Sosial Media Marketing

Təklif Al Təklif Al

Rəqəmsal marketinq bəsit dillə desək, rəqəmsal alətlərlə həyata keçirilən marketinqə deyilir. Sosial Media Marketinq (SMM) isə rəqəmsal marketinqin ən tanınmış sahələrindən biridir. Belə ki, SMM brend və onun müştəriləri arasında ünsiyyət qurmaq məqsədi güdür, lakin satış məqsədilə istifadə də müsbət nəticələr əldə etmək mümkündür və bunu əyani olaraq bir çox firmalarda görə bilirik.

 

Sosial Media Marketinq sizin işinizə necə fayda verə bilər? 

SMM dəstəyi ilə siz:

- Şəxsi brendinizi formalaşdıra;

- Firmanızı tanınmış brendə çevirə;

- Müştəri bazanızı genişləndirə;

- Satış edə;

- Mövcud müştəriləri sadiq müştərilərə çevirə bilərsiniz.

 

Bəs bütün bunları necə edirik? Təbii ki, cəlbedici məzmunlar hazırlamaqla. Sosial media platformalarının alqoritmlərini dərk etməklə cəlbedici məzmunlar hazırlayıb, uğurlu reklam strategiyaları həyata keçiririk.

 

Bu sahənin ən məşhur ifadəsi belədir: Məzmun kraldır (Content is the King).

 

Uğursuz kontent sizə xeyir gətirmir, əksinə ziyan vurur. Belə ki, siz istifadəçi itirə bilərsiniz, reklamlarınız nəticə verməyə bilər və ya nəticələr sizin üçün normaldan daha baha reklam büdcələri ilə əldə edilə bilər. Ona görə də SMM-də əsas fokuslandığımız məsələ məzmundur.

 

Keyfiyyətli məzmunlar və uğurlu reklam kampaniyaları üçün bizə müraciət edə bilərsiniz.

 

Gördüyümüz İşlər

Digər Xidmətlərimiz