Deadline sindromu.
Bu gün sizə bir çoxumuzun yaşadığı deadline problemindən danışacam. Qısa bir formada bu mövuzunu nəyə görə seçdiyimi sizə ifadə etmək istəyirəm. Bir çoxumuza görə iş həyatımızın ayrılmaz hissəsidir. Sevincimiz, kədərimiz, uğurumuz, emosiyalarımız, dostlarımız, müştərilərimiz və təbii ki də ən sevdiyimiz olan satışlarımız. Bəs bu sadaladıqlarımla, deadline arasında əlaqədə nədir? Bu əlaqə həyatımıza necə təsir edir? Bu problemi necə həll edə bilərik? kimi bir neçə sualı cavablandıracam. İlk öncə gəlin deadline-ın nə olduğunu öyrənək.
Deadline nədir?
Deadline hər hansı bir işi və ya layihənin müəyyən bir vaxt ərzində tamamlayıb, təyin olunmuş bir vaxtda müştəriyə təhvil verilməsidir. Bu vaxtı necə təyin edirik? deyəsi olsaq, təbii ki cavabımız ortaq bir şəkildə olacaq. Siz hər hansı bir müştəridən brief alan zaman, onun bütün detallarını incələyirsiniz. Və siz işin həcminə və dəyərinə görə bir vaxt təyin edirsiniz. Müştəri isə məhsulun o vaxta tam uyğun olub olmadığını bildirir. Nəticə etibarı ilə ortaq bir nöqtəyə gəlib, məhsulun hansı vaxta hazır olacağını dəqiqləşdirirsiniz. Və buna uyğun işə başlama və bitirmə tarixi müəyyən edilir. Bu porsesə deadline deyilir. Bəs, deadline-nın vaxtı nə qədər olur?
1 saat yoxsa 1 il? Təbii ki bu işin həcminə və müştəriyə görə dəyişir. Elə işlər var ki , onun 1 günə yekunlaşdıra bilərsən. Amma, müştəri sənə 1 həftə vaxt verə bilər. Bəzən də əksi ola bilər. Əslində iş həyatımızın bir parçasıdır. Hər daim bizə təsir edir, həyatımıza yön verir. Sizin alacağınız hər hansı bir feedback-a sözsüz sənin emosiyalarına təsir edəcək. Bu zaman aralığı sizin operativlik, creativelik və çalışma gücünüzü ortaya qoyur. Həmçinin sərgiləyir. İşi vaxtında təhvil vermək əla bir şeydir, əgər o iş sayılırsa!
Hər kəs işi vaxtında təhvil verə bilər, kimisi çox yüksək səviyyədə , kimisi isə keyfiyyətsiz səviyyədə. Hamıya aydındır ki işi vaxtında və yüksək səviyyədə verən zaman nələr olur. Feedbacklar artır, referanslar çoxalır və daha çox motivasiya olursunuz. Bəs əksi baş verəndə nələr olur?
-Deadline sindromu
İşlər vaxtında təhvil verilmədi, müştəri narazıdır, ödəmədə problemlər olur, mübahisələr böyüyür. Bəli bu deadline sindromudur. İş vaxtında təhvil verilmədi, verildisə keyfiyyətsiz oldu. Bu situasiya bir neçə şeyə səbəb olur. Və bu səbəbləri aşağıda qeyd edirəm.
1. Müştəri itirmək.
2. Reputasiyanın aşağı düşməsi
3. Gəlirlərin aşağı düşməsi
4. Ödəmənin gecikməsi
5. Mənfi referanslara səbəb olması
6. Portfolionun keyfiyyətsiz olması
Və bir neçə başqa səbəb. Əgər müştəri sizinlə işləmək istəyirsə və ortaya bir məhsul çıxartmaq istəyirsə, hal-hazırda ən önəmli işiniz budur. Çünki o sizə pul ödəyir. Və bunun qarşılığında sizdən nəsə gözləyir. Müştəri hər daim haqqlıdır. Bizlər də buna uyğun davranmalıyıq. Deadline-ları vaxtında çatdırmalıyıq. Ola bilər ki, nəsə önəmli bir işiniz çıxdı, səhhətiniz pisləşdi və ya plandan kənar başqa bir iş oldu. Bunların heç birinin müştəriyə aidiyyatı yoxdur. Onun üçün önəmli olan şey məhsulun vaxtında əlçatılan olmasıdır. Əgər hər hansı bir problem çıxarsa, onu vaxtında bildirməyiniz məsləhətdir. Əks halda heç də yaxşı şeylər olmur.
Bəs işləri vaxtında necə təhvil verə bilərik?
Brief götürən zaman, vaxtı tam dəqiq təyin etməlisiniz. İşin həcmini və texniki tərəfini diqqətlə analiz edib vaxtı ona görə dəqiqləşdirməlisiniz. Və hər şeyi vaxt qrafikinə uyğun şəkildə yerinə yetirməlisiniz. Plandan kənar hər hansı bir iş olsa, öncə onu həll edib, daha sonra isə qrafikə uyğun davam edin. İşləyəcəyiniz layihəni tam ağlınızda formalaşdırın. Yolda gəzərkən, yemək yeyərkən, musiqi dinləyərkən, axşam yatarkən. Beləliklə, işi şüur altında yerləşdirmiş olacaqsınız. İşə başlayarkən artıq hardan başlamalı olduğunuzu bilirsiniz və əlavə şeylərə vaxt itirmirsiniz. İş görən zaman , hər daim müştəri ilə əlaqədə olun. Tez-tez feedback alın. Bu feedbacklar sizin işin keyfiyyətinə də təsir edəcək. Hər hansı bir problem çıxan zaman, həyacanlanmayın. Sakitləşin. Problemin necə böyük olduğuna deyil də, necə həll edilməli olduğuna yönəlin. Özünüz üçün əlavədən iş saatları təyin edin. Çalışın əlinizə keçən boş zamanları , daha səmərəli istifadə edin. Səmərə sizə güc qatır. Bunlara əməl etsəniz, işlər hər daim qaydasında olacaq.
Və beləliklə yazının sonuna gəldik. Ümid edirəm az da olsa bu yazı sizin üçün faydalı olacaq. Gələcək işlərinizdə sizə dəqiqlik və uğur arzu edirəm.